Azərbaycan XİN rəhbəri: "Prezidentlərin Sankt Peterburq görüşündən sonra canlanma gözləyirdik, amma bu baş vermədi"

Azərbaycan XİN rəhbəri: "Prezidentlərin Sankt Peterburq görüşündən sonra canlanma gözləyirdik, amma bu baş vermədi"
13:17 3 Dekabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dünən ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayənsi Anjey Kaspşiklə danışdım lakin Ermənistanın Hambirqda ATƏT-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda görüşə razılıq verməsi barədə heç bir xəbər yoxdur.
"Report"un məlumatına görə bunu brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Ermənistanın bu hərəkəti görüşdə deyiləsi sözün olmadığını göstərir: "Ermənistan tərəfin cavab versəyid, bu onların ciddiliyindən deyərdi".
Nazir həmçinin son zamanlar münaqişənin həllində durğunluğun olmasında da danışıb: "Prezidentlərin Sankt Peterburqdə görüşündən sonra canlanma gözləyirdik, amma əfsuslar olsun ki, bu, baş vermədi".
Son günlər ermənilərin cəbhədə gərginliyin artırılması məsələsinə toxunan E. Məmmədyarov deyib ki, təmas xəttində gərginlik həmişə mövcuddur : "Gərginliyin olmaması üçün gərək erməni qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərdən çıxsın".
Anjey Kaspşikin ofisin genişləndirilməsi barədə suala cavabında azərbaycanlı nazir deyib ki, Azərbaycan buna etiraz etmir, " amma əvvəlcə məntiqli məsələlərlə məşğul olmalıyıq". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xin-rehberi-prezidentlerin-sankt-peterburq-gorusunden-sonra-canlanma-gozleyirdik-amma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR