Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları görüşəcək

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları görüşəcək
13:34 3 Dekabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə və Azərbaycan arasında ticarətlə bağlı 200-dən artıq sənəd imzalanıb. Ancaq Çin, Rusiya, İran kimi üçüncü ölkələr də nəzərə alınmaqla, yeni ticarət sənədlərinin imzalanmasını vacib sayırıq və bu istiqamətdə İşçi Qrupuna tapşırıq vermişik".

 

APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

 

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistana arasında üçlü formatda görüşün keçirilməsi də müzakirə olunub: "Gələn ilin əvvəllərində enerji və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tutmuşuq. Ancaq bu görüşlər görüş xətrinə olmamalı, konkret nəticəsi olmalıdır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR