Bankların borcu artıb

Bankların borcu artıb
14:03 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına olan borcları artıb.

Publika.az xəbər verir ki, bu rəqəm noyabrın 1-nə 7 507 mln. manat təşkil edib. Öhdəliklərin həcmi oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 263,5 mln. manat və ya 3,63%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 684,5 mln. manat və ya 55,66% artıb. İlin əvvəlinə nisbətən kommersiya banklarının AMB qarşısında öhdəlikləri 2 132 mln. manat və ya 39,66% artıb. Artımın əsasən banklara dollarla verilən kreditlər hesabına yarandığı ehtimal edilir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/178366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR