Arzu Nağıyev: "DTX-nin vətəndaşları şantaj edən qəzetlərə qarşı keçirdiyi əməliyyat təqdirəlayiqdir"

Arzu Nağıyev: "DTX-nin vətəndaşları şantaj edən qəzetlərə qarşı keçirdiyi əməliyyat təqdirəlayiqdir"
14:05 3 Dekabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində "Bizim dövr" qəzeti adı ilə vətəndaşları şantaj edərək barələrində rusvayedici məlumatlar yaymaq hədəsilə onlardan rüşvət tələb edən dəstə üzvləri zərərsizləşdirilib. "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev bir qrup şəxslərlə əlbir olaraq, şantaj etmək yolu ilə müxtəlif insanlardan pul alıblar.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən ekspert Arzu Nağıyev bildirib ki, həmin şəxslər xüsusi xidmət orqanlarının istifadə etmək hüququ olan qurğulardan istifadə edərək insanları şantaj etməklə məşğul olublar:

"Bu yolla onlar insanların hüquqlarını pozublar. Əməliyyat-axtarış tədbirlərini həyata keçirmək icazəsi olmadan heç kəs belə fəaliyyət həyata keçirə bilməz. Bu şəxslər isə xüsusi texnikadan icazəsiz istifadə edərək insanların şəxsi həyatına müdaxilə ediblər. Onların əsas məqsədi ayrı-ayrı şəxsləri şantaj etmək və onlardan külli miqdarda pul almaq olub".

A.Nağıyev qeyd edib ki, Azərbaycan Cinayət Məcəlləsində təsbit olunan maddələrlə həmin hərəkətlərə görə cinayət tərkibi müəyyənləşdirilib:

"Bu üsullarla vətəndaşların barəsində rüsvayedici məlumatlar toplaması və yayması məsələsində həmin şəxslərin xarici xüsusi xidmət orqanları ilə əlaqə ehtimalı da ola bilər. Bu prosesdə kiminsə tapşırığı ilə vətəndaş haqqında məlumatlıarı toplayıb xarici xüsusi xidmət orqanlarına ötürmək məqamı da ola bilər. Bu məsələlərlə bağlı cinayət tərkibi müəyyənləşdirilməli, həmin əməllərə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməli və müvafiq qərar qəbul olunmalıdır. Ən ümdə məsələ isə bu prosesdə mənəviyyat məsələsidir. Bu işlərdə elə üsullardan istifadə edirlər ki, bu birbaşa insanların mənəviyyatına toxunur".
Ekspert deyib ki, DTX-nin keçirdiyi bu əməliyyatlar təqdirəlayiqdir:

"Bu əməllər dövlətə və dövlətçiliyə birbaşa təhdidə işarədir. Sözügedən fəaliyyətlə məşğul olan qəzetlər, kütləvi informasiya vasitələri baş vermiş hadisədən nəticə çıxarmalıdırlar. "Bizim dövr" qəzeti Azərbaycan Mətbuat Şurasının "qara siyahısı"ndadır. Vətəndaşlar bu məlumatları bilməli, həmin şəxsləri tanımalı və onları daim ifşa etməlidirlər. İnanıram ki, DTX vətəndaşları şantaj edən bu cür şəxslərə qarşı tədbirləri davam etdirəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR