Ötən həftə Fidel Kastronu torpağa tapşırandan sonra
xəbər çıxdı ki, başını bağlamayan kişilərin hamısı cəhənnəmə
düşəcək. Yox, bu haqda informasiyanı o biri dünyaya çatar-çatmaz
Fidel Yerə sızdırmadı. Onun başı yəqin ki, hələ yerbəyer olmağa
qarışıb.
Bu iddianı irəli sürən Türkiyədə gülməli və qalmaqallı söhbətləri
ilə məşhurlaşan Cübbəli Ahmet Hocadır.
Bunu edən kişilər cəhənnəmə düşəcək – YENİ GÜNAH TAPILDI
Cübbeli Ahmerin bu sözləri ciddi müzakirələrə səbəb olub.
Deyir ki, “Kişilərin başı açıq gəzməsi böyük günahdır. Çox
pis işdir”. Bu günahı daşıyanlar o biri dünyada
yanacaqlar. Həqiqətən də Allahın dinində belə qayda varsa, o zaman
Azəbaycan kişilərinin vəziyyəti ağırdır. Siz heç Azərbaycanda başı
bağlı kişi görmüsünüzmü? Vaxtilə Nizami Gəncəvi başını bağlamışdı,
Nəsimi bir az da irəli gedərək, sırğa belə taxmışdı, dinin ən böyük
aşiqi sayılan Füzuli də, mollaları barmağına dolayan Molla Pənah
Vaqif da başlarını örtərdi. Bəs indi? Təsəvvür edin, Bakı metrosu
başı bağlı kişilərlə dolub və xanımlar ayağa qalxaraq onlara yer
verir. Adamın ağlına hər cür fikir gəlir bu şəhərdə.
Bu şəhərdə qız onu zorlayan atanı videoya çəkirsə, deməli qiyamətin
əlamətləri görünür.
Bakıda AĞLASIĞMAZ OLAY: Ata qızını zorladı, övladı isə bunu VİDEOYA ÇƏKDİ
Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində tükürpədici hadisə baş verib.
Əgər bu şəhərdə “arvadını və qızını hamamda kameraya çəkərək...”
xəbəri oxucu üçün ən cəlbedici məlumatdırsa,
Arvadını və qızını hamamda gizli kameraya çəkərək... - VİDEO
FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən öz tərəfdarlarının evinə gizli kameralar yerləşdirib.
ər arvadını sırf uşağı olmadığı üçün ikinci mərtəbədən atırsa,
deməli qiyamət yaxınlaşır.
Əri uşağı olmayan arvadını ikinci mərtəbədən atdı - MASALLIDA DƏHŞƏTLİ OLAY
... Elzanın qələminə and olsun ki, bəzən adam bu şəhərdə qiyamətə
qədər gizli qəhrəman olmaq istəyir. Məsələn mən nə Koroğlu, nə
Qaçaq Nəbi, nə Jan Klod Vandam, nə Rembo olmaq istəyərəm. Son
günlər könlümə yaman Rövşən Lənkəraniski olmaq düşüb.
"Yeraltı dünyası"nın "qara qutusu" Lənkəranski və digər "oğru"ların SİRRİNİ AÇDI - FAKTLAR
"Yeraltı dünyası"nın "qara qutusu" Lənkəranski və digər "oğruların" SİRRİNİ AÇDI - FAKTLAR
Səbəbi sadədir: ölkədə hər kəs Lənkəraniskidən
danışır, hər kəs onu sevir, hər kəs onu oxuyur.
Lənkəraniski ola bilməsəm, heç olmasa, ya Elişa Qray, Kia
Silverbrok, ya da Anton Drexler olmaq istəyərdim.
Koda düşən qaz sayğacını necə açmalı?
3 addımda problemi özün həll et.
Siz tanıyırsınızmı bu adamları? Heç mən özüm də tanımıram. Ən
yaxşısı, yazıya daxil olub, bir də oxumaq lazımdır.
Siz oxuyana qədər, mən bir əhvalat danışım: hələ II Dünya
müharibəsi zamanı idi. Çoxlarınız o dövrü görməyib, ona görə
maraqsız ola bilər. Amma sona qədər dinləyin. Deməli, Hitlerin
Viktor Ern adlı bir zabiti var imiş, bu Gədəbəydə doğulub. Ona görə
hamı onu gədəbəyli kimi tanıyır.
Müharibədə rekord sayda gəmi batıran, Hitlerin sevimli zabiti olmuş GƏDƏBƏYLİ – FOTO
Bəşəriyyətə saysız-hesabsız fəlakətlər bəxş etmiş İkinci Dünya Müharibəsi hələlik Yer üzü tarixinə ən qanlı savaş kimi düşüb.
Hə, əhvalat başa çatdı, göydən üç dənə alma düşmədi. Alma əvəzinə,
gəlin sizə koda düşən qaz sayğacının açılması yollarını göstərim.
Bu dəqiqə ən vacibi budur.
Deməli;
1. Smartkartınıza 1 azn pul yükləyirsiz. (Yüklədiyiniz 1azn xidmət
haqqı deyil)
2. Sayğacın girişindəki krantı bağlayırsız
3. Kartı sayğaca daxil edirsiz. Ekranda sol tərəfdə “9” və “-----“
xətt olanda barmağınızı ilə “Göy” düyməni sıxırsız. Sonra ekrana
“OP190” yazısı gələndə barmağınızı düymədən götürüsüz. Geriyə say
başlayıb bitəndə sayğacın girişindəki krantı açıb qazdan istifadə
edirsiz.
Koda düşən qaz sayğacını necə açmalı?
3 addımda problemi özün həll et.
Yeri gəlmişkən, sizə qazpulu ilə bağlı şad xəbəri də təqdim edirəm.
Vaxtınız olanda oxuyarsınız.
Qazpulu ilə bağlı şad xəbər: köhnə tariflə istifadə edə bilərsiniz
Qış uzunu çox lazımınız olacaq.
Qış demişkən, deyəsən havanın soyuq keçməsi Ermənistan prezdenti
Serj Sarkisyanın başının soyuqlaması ilə nəticələnib. O gün bizi
təhdid edir, nə bilim, “ataram, kəsərəm” deyə danışır. Amma biz
yaxşı bilirik ki, Ermənistanda ciddi təşviş var. Mixail Belyayev də
bu haqda yazır və Qarabağda müharibənin ola biləcəyindən
danışır.
Bakıda əcnəbi naməlum avtomobillə vurulub
Bakıda əcnəbi naməlum avtomobillə vurulub
Belarus prezidenti Aleksandr Lukaşenkonun Sarkisyanı saymaması isə
ermənilərə yaman yer eləyib.
Əliyevin görüşünə gələn Lukaşenko Sarkisyanı saymadı – İRƏVANA ZƏRBƏ
Bu səfər Belarus-Azərbaycan münasibətləri fonunda olduqca əhəmiyyətli idi.
Bu ermənilərin əlindən özlərini biabır etməkdən başqa bir iş
gəlmir. Obama da bunlara qoşularaq, özünü biabır etdi. Ağ Evlə
sağollaşmağa hazırlaşan “qara oğlan”ın erməni lobbisi ilə gizli
əlaqələri ortaya çıxıb. Vaxtilə Metyu Brayzanın Bakıdan getməsinin
də, Qarabağda erməni “separatçıların” yeyib-içib kef eləməsinin də
səbəbkarlarından biri Obama olub.
Obama ilə ermənilərin ŞOK PLANLARI ÜZƏ ÇIXDI: Səfirin sonu və MƏXFİ QARABAĞ ADDIMI
ABŞ prezidenti Barak Obamanın erməni lobbisi ilə şok əlaqələri ortaya çıxıb.
Onun sələfi Trampın necə olacağını görmək üçünsə bir az gözləmək
lazımdır. Dünən Trampın köməkçisi Maykl Pens Sarkisyana zəng edib,
tapşırıb ki, “ağıllı olsun”.
Trampın köməkçisi telefonda Sarkisyana nələr dedi? - DETALLAR
ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens Ermənistan prezidenti Serj Sarkisyanla telefonda danışıb.
Nələrin olacağını, nələrin baş verəcəyini görmək üçün bir az
gözləməliyik.
Amma xoruzun gözləmək fikri yoxdur, artıq gəlməyinə üç həftədən bir
az artıq vaxt qalıb.
Dörd gün öncə Xoruz ilində bizi nələrin gözlədiyi haqqında xəbər
oxudum.
İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir? - FOTOLAR
Yeni il - yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Xoruz ilində digər illəri nə gözləyir?
Deyirlər ki, guya yaxşı heç nə gözlənilmir. Sizi bilmirəm, amma
mənim gözüm su içmir. Xüsusilə yadplanetlilərin gizli məntəqəsinin
üzə çıxmasından sonra fəlakətlərin yaxınlaşdığı haqda söz-söhbət
çoxalıb.
Yadplanetlilərin gizli məntəqəsi ÜZƏ ÇIXDI – ŞOK VİDEO
Bu aparat Amerika Milli Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin birgə layihəsidir.
O gün də dənizin kənarından bu yadplanetlilərin yumurtalarını
tapıblar.
ABŞ-ın Kaliforniya ştatında okeanın sahillərində yadplanetlilərin yumurtaları tapılıb.
“Nələr baş verir?” deyə fikirləşirəm: ağlıma Xoruz
ili ilə bağlı bəzi qorxulu fikirlər gəlir.
1. Xoruz ili özü ilə qiyaməti gətirəcək. Hadisələrin inkişafı ona
doğru gedir.
2. Müharibələr başlayacaq, xüsusilə bizi maraqlandıran Qarabağ
müharibəsinin yeni mərhələsinə qədəm qoya bilərik. Siyasi proseslər
buna işarə edir.
3. Qiyamətdən və müharibələrdən qorxanlar Cübbəli Hocanın
dediklərini edəcək. Başı bağlı kişilər qadınları kölgədə
qoyacaqlar.
Siz də düşündüklərinizi bölüşə bilərsiniz. Arada da varlanmaq üçün
tövsiyələri oxuyun...
Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR
Əgər uğur və firavanlıq istəyirsinizsə, onda səhər çarpayıdan qalxanda əvvəlcə sağ ayağı, sonra isə solu geyinin.
Nəriman
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/178365.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)