Play Store

Prezident düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin bərpası işləri ilə tanış olub

Prezident düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin bərpası işləri ilə tanış olub
14:27 3 Dekabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlandılar.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular.
Sonra dövlət başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/prezident-dusmenin-atesi-neticesinde-agdamda-ziyan-deymis-evlerin-berpasi-isleri-ile-tanis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR