x
Loading...

Prezident Ağdamda dağıdılan evlərin tikintisi ilə tanış oldu

Prezident Ağdamda dağıdılan evlərin tikintisi ilə tanış oldu
14:29 3 Dekabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+
.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanıblar.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısına və xanımına məlumat verilib ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.

Prezident və xanımı Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar. Sonra dövlət başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Sonda xatirə şəkli çəkdirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR