Prezident nəvəsi OD PÜSKÜRDÜ: "Anamı..."

Prezident nəvəsi OD PÜSKÜRDÜ: "Anamı..."
14:48 3 Dekabr 2016
152 Dünya
Ölkə mətbuatı
A- A+

“Dünyaya anamın sağ olduğunu göstərin”.

Publika.az xəbər verir ki, bu fikirləri Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Londonda yaşayan oğlu BBC-yə müsahibəsində deyib.

Babasının adını daşıyan İslam Kərimov anasının harada olduğunu açıqlamalarını tələb etdi. O, dövlət rəsmilərini anasını cəmiyyətdən təcrid etməkdə günahlandırıb: “Əminəm, bir insanın haqları əlindən alınaraq 2-3 ilə cəmiyyətdən təcrid edilərək saxlanması onun tibbi yardıma ehtiyacına səbəb olar. Ancaq anamın əqli durumu normaldır. Onun psixoloji xəstəxanada olması xəbərləri yalandır. O Ösbəkistan təhlükəsizlik xidmətini anası ilə bağlı ona məlumat verməməkdə ittiham edib. Necə olur ki, XXI əsrdə bəsit bir sual cavablandırıla bilinmir. Gülnarə hardadır? Ev həbsimi verilib? Nə üçün? Nə vaxt? Ona kim nəzarət edir? Bu bəsit suallar cavablandırılmalıdır”.

O, anasının ölməsi ilə bağlı iddialarla bağlı da fikirlərini səsləndirib: "Öldüyü ilə bağlı iddialar var. Ancaq həqiqətdirmi? Rəsmi məlumat olmazsa, bu məlumatlarhəqiqət hesab edilməz”.

Anası ilə yalnız bacısı İman vasitəsilə əlaqə saxladığını və birbaşa ünsiyyətinin olmadığını deyən İ.Kərimov babasının dəfnində də iştiraklarına icazə verilmədiyini dedi.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR