"SOCAR Ukraine" uşaq evləri və internatlara yardım aksiyasını keçirir

"SOCAR Ukraine" uşaq evləri və internatlara yardım aksiyasını keçirir
15:12 3 Dekabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiyev. 3 dekabr. REPORT.AZ/ "SOCAR Energy Ukraine" öz müştərilərini valideyn himəyəsindən məhrum olan uşaqlara yardım təşəbbüsünə qoşulmağa çağırıb. "SOCAR Ukraine" ənənəvi olaraq Yeni İl üçün uşaq evləri və internatlara hədiyyələr göndərəcək.
Şirkət nüməyəndələri “Report”a bildiriblər ki, uşaqlara göndərilən hər bir hədiyyənin qiyməti cəmi 33 qrivnadır. SOCAR-ın müştəriləri yalnız pul göndərməklə yox, həm də açıqcalar üzərində uşaqlar üçün öz arzularını yazaraq təşəbbüsə qoşula bilərlər.
"SOCAR Ukraine"nın açıqlamasına görə, siyahıya bir sıra sosial-psixoloji reabilitasiya mərkəzləri, xüsusi ümumtəhsil internat məktəbləri, psixonevroloji internat daxildir. Şirkətdən bildiriblər ki, gələcəkdə bu siyahıya valideyn himəyəsindən məhrum olan və ya inkişaf qüsuru olan uşaqlar üçün digər müəssisələr də əlavə olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/socar-ukraine-usaq-evleri-ve-internatlara-yardim-aksiyasini-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR