Türkiyənin yeni balaca ulduzu İrem Hatun Bora son zamanlar diqqət çəkməyə davam edir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 11 yaşlı balaca aktrisa hazırda Star TV-də yayımlanan "Hayat bazen tatlıdır" serialında rol alır. Performansı bəyənilən İremin gələcək vəd etdiyi deyilir.
O, daha əvvəl "O hayat benim"də Esmanıı canlandırmışdı. Daha sonra Demet Akalınla Berkayın klipində rol alan İrem ardından "Kara Sevda" serialında Neslihan Atagülün obrazının uşaqlığına həyat vermişdi. Balaca ulduz hazırda "Anne" serialına çəkilən Beren Gökyıldıza əsas rəqib görülür.