Təyyarə qəzası: Sağ qalan olmadı

Təyyarə qəzası: Sağ qalan olmadı
15:38 3 Dekabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziya polisinə aid bir təyyarə dənizə düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsindən 12 nəfər ölüb.

Batamdan Pangkal Pinanga uçan İndoneziya Polisinə aid “M-28 Skytruck” tipli təyyarənin dənizə düşməsi nəticəsində ölənlərdən 2-si pilot olub.

Alınan məlumata görə təyyarə ilə sonuncu dəfə Sinqapur Hava Nəqliyyatı İdarə Mərkəzi tərəfindən yerli saatla 11.28-də əlaqə qurulub. Sonra isə nəzarətçinin çağırışlarına cavab verilmədiyindən bölgədə axtarışa başlanılıb.

Təyyarənin qalıqları indoneziyalı balıqçılar tərəfindən Riau Adası sahillərində tapılıb. Qəza nəticəsində sağ qalan olmadığı deyilir. Hadisə ilə əlaqədar istintaq aparılır.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR