Qənirə Paşayeva internat məktəbində uşaqlarla görüşüb

Qənirə Paşayeva internat məktəbində uşaqlarla görüşüb
15:39 3 Dekabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Əlillər Günündə Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlər və fiziki imkanları məhdud uşaqlarla  görüşüb. Lent.az-ın məlumatına görə, Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov çıxış edərək bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub. O, Qənirə Paşayevaya təşəkkürünü bildirib.

 

Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb. 

 

Görüşün sonunda Q.Paşayeva müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün  kitablar hədiyyə edib.  

 

Qənirə Paşayevanın təşəbbüsü ilə doktor İradə Hacıyevanın rəhbərlik etdiyi "Vertebra" mərkəzinin tibb heyəti Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada hər bir uşağı müayinə edib, uşaqlar  arasında  skalioz və kifozların artmaması üçün müəllim və tərbiyəçi heyətinə tövsiyələrini veriblər. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR