Şəmkirdə qəza baş verib, 8 nəfər xəsarət alıb

Şəmkirdə qəza baş verib, 8 nəfər xəsarət alıb
16:02 3 Dekabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir. 3 dekabr. REPORT.AZ/ Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir royununundan keçən hissəsində qeydə alınıb.
Yüksək sürrətlə hərəkətdə olan "Kia" markalı avtomobil əks tərəfdən gələn "VAZ-2107" markalı avtomobillə daha sonra isə "Range Rover" markalı digər maşına çırpılıb. Qəza zamanı "Vaz" maşının sürücüsü və 3 sərnişini, həmçinin "Kia" markalı avtomobildəki ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-qeza-bas-verib-8-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR