Röyadan VİDEO MÜRACİƏT

Röyadan VİDEO MÜRACİƏT
16:13 3 Dekabr 2016
257 Şou
Ölkə mətbuatı
A- A+

Röya Ayxan pərəstişkarlarına müraciət edib.

Publika.az xəbər verir ki, ifaçı instagramda "ƏN Yeni İl" konsert proqramı ilə bağlı xüsusi videoçarx paylaşıb. O, video müraciətində pərəstişkarlarını 2017-ci ilə birlikdə qədəm basmağa çağırıb və hər kəsi konsertə dəvət edib.

Məlumat üçün bildirək ki, Bakı Olimpiya stadionunda dekabrın 31-də baş tutacaq "ƏN Yeni İl" konsert proqramına biletləri Iticket.az saytından, "ASAN xidmət" mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar.

Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/178375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR