Respublika xüsusi internat məktəbinin 80 illik yubileyi keçirilib

Respublika xüsusi internat məktəbinin 80 illik yubileyi keçirilib
16:14 3 Dekabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbinin  80  illik yubileyi  qeyd olunub. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

 

Təhsil naziri Mikayıl Cabbarov 3 dekabr-Beynəlxalq Əlillər Gününün 80 illik tarixə malik internat məktəbində qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək, burada tədris aparan müəllimlərin fədakar əməyindən danışıb. Nazir sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi işində göstərdikləri peşəkarlığa, şagirdlərin əldə etdiyi uğurlu nəticələrə görə müəssisə rəhbərliyini, kollektivi təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Dövlət tərəfindən internat məktəblərinə Heydər Əliyev Fondunun qayğısını qeyd edən nazir fond tərəfindən belə müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  yubiley münasibəti ilə kollektivi təbrik edib və əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə görülən işlərdən danışıb.

Məktəbin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir olunub.

İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.

Daha sonra internat məktəbinin bir qrup əməkdaşına “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.

Tədbir şagirdlərin ifasında  ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR