"Elə bir şey edəcəm ki, heç dünyaya olmayıb" - Ramal

"Elə bir şey edəcəm ki, heç dünyaya olmayıb" -  Ramal
16:26 3 Dekabr 2016
94 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ramal İsrafilov media nümayəndələrindən qaçmağının səbəbini açıqlayıb.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, qalmaqallı suallardan qorxur:

“Hər zaman səmimi sualları cavablandırmağa hazıram. Amma qarşıma çıxan hamı “Aləm gözəl” mahnısından sual verir. Yeni işlərim bir kənarda qalıb, ilk soruşduqları Abbasla, Aygünlə münasibətimdir. Bu cür suallardan qorxuram”.

Yeniliklərindən söz açan R.İsrafilov fərqli layihə hazırladığını deyib:

“Elə bir yenilik hazırlayıram ki... Onu açıqlamaqdan qorxuram. Ramaldan heç kim belə bir şey gözləmirdi. Bu heç dünyada olmayıb. Yeddilikdir, onun içində nə var sürprizdir. Bu ideya mənə yuxuda gəlib. Kimə demişəmsə, möhtəşəm olduğunu söyləyib".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR