ADA Universiteti tələbələrinin yarışı keçirilib

ADA Universiteti tələbələrinin yarışı keçirilib
16:37 3 Dekabr 2016
118 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Velosiped İdmanı Federasiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində adı çəkilən təhsil müəssisəsinin tələbələri arasında velosiped yarışı təşkil edilib. Federasiyadan Trend-ə verilən məlumata görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız tələbə olan 14 komanda iştirak edib.

Yarış başlamazdan əvvəl tələbələr Respublika Velotrekində idmançılar üçün yaradılan şərait, həmçinin Azərbaycan və dünya velosipedinin tarixini özündə əks etdirən muzeylə tanış olublar.

Estafet sistemi üzrə keçirilən yarışda hər komandanın tərkibində yer alan velosipedçilər 333 metrlik marşrut boyunca dövrə vurublar və ən yaxşı vaxt göstəricisinə əsasən qaliblər müəyyənləşib. Fərqlənən komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və kubokla təltif ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR