Ermənistanda hərbi xidmətə çağırışla bağlı dələduzluq faktının üstü açılıb

Ermənistanda hərbi xidmətə çağırışla bağlı dələduzluq faktının üstü açılıb
16:42 3 Dekabr 2016
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Ermənistan Hərbi polisi çağırışçı ilə bağlı fırıldaq aşkar edib. "Report" xəbər verir ki, bu barədə Ermənistanın panorama.am xəbər portalı məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, bu ilin 1 dekabr 2016-cı il tarixində Yerevan sakini hərbi polis idarəsinin cinayət axtarış şöbəsinə müraciət edərək bildirib ki, 2016-cı ilin fevral ayında 1974-cü il təvəllüdlü N.E-nin vasitəçiliyi və zəmanəti ilə övladına 2016-cı ilin yay çagırışından möhlət hüququ verilməsi məqəsdilə 7 min ABŞ dolları, daha sonra da 250 min erməni dramı E. M. şərti adlı şəxsə pul verib. 
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan nazirliyin hərbi polis idarəsinin cinayət axtarış şöbəsinin məlumatına əsasən bildirib. Ancaq çağırışçı 7 iyul 2016-cı ildə Ermənistanın silahlı qüvvələri sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılıb. Bununla da verilən vəd yerinə yetirilməyib və pul qaytarılmayıb. 
Faktla əlaqədar hərbi polis idarəsinin cinayət axtarış şöbəsində materiallar toplanır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ermenistanda-herbi-xidmete-cagirisla-bagli-deleduzluq-faktinin-ustu-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR