Bu gün “Park Bulvar”da “Təmiz dünya” İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Samir Bayramlı və Firuzə Cəlilovanın etdiyi tədbir “Uşaq gülüşlərini yaşadaq!” devizi altında baş tutub.
Mərasimdə Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova, “Təmiz dünya”nın rəhbəri Mehriban Zeynalova, media nümayəndələri, sənətçilər iştirak ediblər.
Milli kampaniyada 2017-ci ilin qadın hüquqları ilə bağlı elçisi Ruhi Əliyeva çıxış edərək qadın zorakılığından söz açıb:
“Bu məsləyə media nümayəndələri diqqət göstərməlidir. Şiddətin səbəbkarı çox zaman kişilər olur. Buna görə də burada məhz “Qadını vurma, vurul!” şüarı qaldırmışıq. Düşünürəm ki, bu aksiya Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınmasında ciddi addım olacaq".
G.Əhmədova qadınları birgə olmağa çağırıb.