Çin ABŞ-a nota verdi

Çin ABŞ-a nota verdi
17:12 3 Dekabr 2016
211 Dünya
Ölkə mətbuatı
A- A+

Çin Xarici İşlər Nazirliyi yeni seçilmiş prezident Donald Trampın Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə telefon danışığı aparması səbəbindən ABŞ tərəfinə etiraz notası ünvanlayıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

"Biz artıq ABŞ tərəfinin diqqətini yayılan məlumatlara yönəltmişik və sərt etirazımızı bildirmişik", - deyə bəyanatda qeyd edilib.

Bununla yanaşı, məlumatda deyilir ki, "dünyada cəmi bir Çin mövcuddur və Tayvan onun ayrılmaz hissəsidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR