Puyol "el-klassiko"da favoritini açıqladı

Puyol "el-klassiko"da favoritini açıqladı
17:17 3 Dekabr 2016
101 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın əfsanəvi oyunçularından olan Karles Puyol bu gün baş tutacaq "el-klassiko" ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sabiq "barsa"lı katalonları favorit adlandırıb: "Bizi çox maraqlı və "Barselona" fanatlarının sevinəcəyi nəticə ilə bitəcək oyun gözləyir. Hesabı da deyə bilərəm - 3-1! Mənim "El-Klassiko" təcrübəm deyir ki, "Barselona" bu dəfə favoritdir"

Əlavə edək ki, bir çox mütəxəssislər və bukmeykerlər də "Barselona"nın qələbəsinə daha çox inanırlar. Əsas arqumanet kimi "katalonlar"a bu qələbənin çox vacib olması göstərilir. "Real Madrid" hazırda 33 xalla turnir cədvəlinin lideri kimi meydana rahat çıxacaqsa, "Barselona son iki turda etdiyi heç-heçələrdən sonra rəqibindən 6 xal geridədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR