Dünyanın ən seksual qolfçusu - FOTOLAR

Dünyanın ən seksual qolfçusu -   FOTOLAR
17:27 3 Dekabr 2016
352 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən seksual qolfçusu hesab olunan Sofi Horn maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, indiyədək "Golf Punk", "Sports Magazine", "Maxim", "Loaded", "Sports Illustrated" kimi məşhur dərgilərin üz qabığında yer almış gözəlçə şəxsi həyatından, bəyəndiyi qolfçulardan danışıb.

30 yaşlı idmançı bunları deyib: "Anamla atamın Norfolkda 9 dəlikli bir qolf meydanı var idi. Bir sözlə meydanda böyümüşəm. Qolf oynamaqla yanaşı, bəzən otları da biçirdim. Həftədə ən azı iki dəfə qolf oynayıram. Hava yaxşı olanda daha çox oynayıram.

Ən bəyəndiyim qolfçu Tiqer Vudslu. Onu izləyərkən ilham alıram. 

Qolfu sevirəm, amma hazırda məşğul olduğum modelliyi də çox sevirəm. İkisinin birləşməsi superdi. Qolfdan başqa boş vaxtlarımda gözəl yemək yeməyi, kinoya getməyi və rəfiqələrimlə gəzməyi sevirəm. 

Turnirlərə hazırlaşmaq üçün tez-tez idman salonlarına gedirəm, ağırlıq qaldırıram. 

Məncə, qolf bir az seksual olmalıdı. İşlər hələ də keçmiş zamanlardakı kimi gedir, xüsusən də İngiltərədə. Bir qadın dizdən yuxarı ətəklə gəzirsə, hər kəs ona qorxu və şok içində baxır. Qolf bir az daha əyləncəli olmalıdı".

Fanat.Az


















Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-seksual-qolfcusu-t54661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR