Mourinyo Şvanştaygerin gələcəyindən danışdı

Mourinyo Şvanştaygerin gələcəyindən danışdı
17:47 3 Dekabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo alman yarımmüdafiəçi Bastian Şvaynştaygerin klubda gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, əvvəlki kimi yarımmüdafiəçiyə ümid bəslədiyini dilə gətirib.

"Əlbəttə, yanvarda Şvaynştayger "MY"da qala bilər. Əgər sənin klubla müqavilən varsa, sən öz gələcəyini müəyyən etmək hüququna maliksən. Bastian bizə kömək edə bilər. O, digər komanda yoldaşları kimi öz üzərində işləməlidir ki, oynamaq üçün daha çox şans əldə etsin. Ötən yay biz Şvaynştayger üçün başqa bir gələcəklə bağlı variantlar seçməyə çalışdıq. Lakin o, bu şəraitdə klubda qalmaq qərarına gəlmək üçün kifayət qədər güclü çıxdı. O, oynamaq şansı qazanmaq üçün öz üzərində çox işlədi. Qətiyyətli insanlar mənim xoşuma gəlir".

Xatırladaq ki, Şvaynştayger mövsüm başlayandan noyabrın 30-a qədər heç bir oyunda komandasının heyətində meydana çıxmayıb. Baş məşqçi yalnız Liqa Kubokunun ¼ finalında "West Ham" klubuna qarşı matçda (4:1) ona şans verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR