Gömrükdən gizlədilən 6 minə yaxın siqaret müsadirə olundu - FOTO

Gömrükdən gizlədilən 6 minə yaxın siqaret müsadirə olundu - FOTO
18:27 3 Dekabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükçülər 5600 ədəd gömrük nəzarətindən gizlədilən müxtəlif markalı siqaretlər aşkar edib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/495484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR