Hacıqabulda çoban bıçaqlandı

Hacıqabulda çoban bıçaqlandı
18:29 3 Dekabr 2016
116 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabulun otlaq ərazisində çoban bıçaqlanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Abşeron və Hacıqabul rayonunun sərhədində qeydə alınıb. Heyvanları otarmaq üçün qışlaq ərazisində müvəqqəti məskunlaşan çobanlar arasında baş verən insident zamanı Heydər adlı Quba sakini Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Niftəliyev Ağazər Qurban oğlunu bıçaqlayıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası alan çoban Şirvan şəhər xəstəxanasında cərrahiyə əməliyyatına götürülüb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR