Nazim İbrahimov yenə vəd verdi: Yeni sponsor cəlb olunacaq

Nazim İbrahimov yenə vəd verdi:   Yeni sponsor cəlb olunacaq
18:47 3 Dekabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin bu həftə hesabat-seçki konfransı keçirilib. Gözlənildiyi kimi, Azərbaycan Həndbol Federasiyasının prezidenti postunda dəyişiklik oldu. Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin yerinə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar Mühəndis Saleh Məmmədov bu posta təyin edilib.


Azərbaycan Qılıncoynatma Federasiyasında isə dəyişiklik baş verməyib. Baxmayaraq ki, bu qurumun prezidenti Nazim İbrahimov 18 aydır ki, işçilərinə və idmançılara pul vermək iqtidarında olmadığını artıq "sübut edə bilib". Əldə etdiyimiz məlumata görə, Milli Olimpiya Komitəsinin bu konfransında İlham Əliyev iştirak etməyib. Məhz bu üzdən orda Nazim İbrahimovun istefası tələb olunmayıb. Ancaq İbrahimov orda söz verib ki, 18 ayın maaşının 50 faizi gələn həftə ödəniləcək. 


Üstəgəl, o, postunda qalmaq üçün bildirib ki, yeni sponsor da federasiyaya cəlb olunacaq. Hər halda 9 ildir ki, federasiyada prezident olan nəinki bölgələrdə, heç Bakıda qılıncoynatma üçün məşq bazası yarada bilməyən Nazim İbrahimovun bu dəfə də vədinə əməl edəcəyi artıq şübhə doğurur. Çünki bu vəd də əvvəlkilərə çox bənzəyir.(Sport7.Az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nazim-brahimov-yen-vd-verdi-t54662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR