İngiltərə Premyer Liqasının XIV turunun mərkəzi oyununda "Mançester Siti" "Çelsi"ni qəbul edib. Fanat.Az xəbər verir ki, oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Çelsi"nin heyətində Dieqo Koşta, Vilian və Eden Hazard fərqlənib. "Mançester Siti" isə Hari Kahillin avtoqoluna sevinib. Bununla da "Çelsi" liderliyini qoruyub.
Qeyd edək ki, matçın 90+7-ci dəqiqəsində "Mançester Siti"dən Serxio Aquero, bir dəqiqə sonra Fernandinyo qırmızı vərəqə alıb.
Fanat.Az