“Qarabağ”la oyundan sonra...” - Roman Qriqorçuk

“Qarabağ”la oyundan sonra...” -   Roman Qriqorçuk
19:17 3 Dekabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

“Qarşılaşmadan əvvəl futbolçularıma demişdim ki, bu rəqib Premyer Liqada da oynamaq gücündədir. Rəqib komandanın futbolçularının bizə çətinlik yaratmaq iqtidarında olduğunu da bilirdik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ukraynalı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” - “Zaqatala” oyunundan sonra (2:2, pen.4:1) qarşılaşma haqda fikirlərini açıqlayıb: “Bu üzdən də arxayınlıq və motivasiyanın aşağı olmasına imkan verə bilməzdik. Lakin oyun göstərdi ki, bütün bunlardan qaça bilməmişik. Yaxşı oyun göstərməsək də, qalib gəldik. Bu çox yaxşı oldu. Həm də qarşıdakı oyunlar öncəsi futbolçularımızın indiki durumu haqda məlumat əldə etdik. Bu da bizim üçün qiymətlidir. “Qarabağ”la oyundan sonra futbolçular ağır durumda idi. Onların nələr yaşadığını, necə stressdə olduğunu görürdük. Komandanın emosional durumunu, özünəinamını yüksək səviyyədə saxlamaq üçün əlimdən gələni etdik. Lakin görünür ki, hələ də bu yöndə çalışmalıyıq. İlk növbədə baş verənləri unutmalıyıq. Oyunumuzun o qədər də yaxşı alınmaması bəzi az şans qazanan futbolçuların heyətdə olması ilə bağlı deyil. Düzdür, bu mənim görmək istədiyim futbol deyil. Amma onlara yenə şans verəcəyik. Ümid edirəm ki, növbəti şansdan onlar maksimum yararlanacaqlar ”


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qarabala-oyundan-sonra-t54667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR