Limon qabığı oynaqların dərmanıdır

Limon qabığı oynaqların dərmanıdır
19:52 3 Dekabr 2016
585 Ölkə
Ölkə mətbuatı
A- A+

Limon qabığı oynaqların dərmanıdır : bu möcüzəvi reseptdən sonra bel və ayaq ağrılarını birdəfəlik unudacaqsınız.

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki, limonda olan faydalı qida maddələrinin, az qala yarısı limonun qabığında toplanıb. Acıtəhər dadına görə, çox insan qabığını atıb, yalnız meyvənin suyunu istifadə edir. Əslində limon qabığının o qədər çox faydası var ki, bu faydaları bilsəniz, qabıqları atmaqdan imtina edərsiniz.

Limon qabığı ilk növbədə dəri xərçəngi riskinin qarşısını alır.
Araşdırmalar zamanı limon qabığında olan "D-limonene" adlı maddənin dəriyə çox güclü təsiri olduğu sübut edilib. Limon qabığındakı bu maddə şişin inkişafına maneə yaradaraq dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldan bir komponentdir. Amerikada ildə 200 mindən çox insan dəri xərçənginə tutulur. Bu problem son illər bir çox ölkələrdə də artıb. Dəri xərçəngi günəş parladığı hər yerdə özünü göstərə bilər. Üzdə, qulaqda, əllərdə və dodaqlarda meydana gələ bilər. Limon qabığındakı "D-Limonene" sayəsində bu riski azaltmaq sizin əlinizdədir.

Ürəyi rahatladır:
Limon qabığı eyni zamanda sinir sisteminə müsbət təsir edər, bakteriyaları öldürür və ürəyi rahatladır. Araşdırmalardan biri sübut edib ki, limon qabığı qadınların yumurtalıq xərçəngi riskini də aşağı salır. Limon qabığının bu xüsusiyyəti tərkibində olan polifenol maddəsindən qaynaqlanır.

Qaraciyərə faydalıdır:
Limon qabığı xüsusilə spirtli içki qəbul edənlər üçün əvəzedilməzdir. Qaraciyər və öd kisəsinə faydalıdır, mədə turşuluğunu aradan qaldırar və bəlğəm sökdürücü təsiri vardır.

Sinirləri sakitləşdirir:
Ürək xəstəlikləri və xərçəngin qarşısını almaqda faydalıdır. Xüsusilə dəri xərçənginə qarşı bir qalxan meydana gətirir. Dərini gözəl, təravətli edir və sinirləri sakitləşdirmək xüsusiyyətinə də malikdir.

Bəs limon qabığı niyə görə, xüsusilə oynaq ağrısına yaxşı təsir edir?

Limon qabığında olan efir yağları qan damarlarını rahatladıb, ağrı hissini əhəmiyyətli dərəcədə azaldır, iltihab sökücü bir təsirə malik olduğu üçün, ağrıları sakitləşdirir.

Oynaq ağrılarını sakitləşdirir:

Limon qabığından belə istifadə edin:

Limon qabığını oynaq ağrılarında necə istifadə etmək lazımdır?

Materiallar:
Təbii sızma zeytun yağı,
2 böyük limon,
Dəfnə yarpağı
Qapaqlı kiçik bir banka,
Təmiz bir tənzif

Hazırlanması:
Limon qabığını banksnın içinə qoyun və qabıqları tamamilə örtəcək qədər zeytun yağı əlavə edin. Dəfnə yarpaqlarını qoyun. Bankanı möhkəm bağlayın və qarışığı iki həftə saxlayın.
2 həftədən sonra hər gecə yatmamışdan əvvəl, bu qarışımla tənzifi isladın və ağrıyan bölgələrə kompress edin. Üzərini selofanla bağlayın. Daha sonra isə isti bir parça ilə sarıyın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR