Barda azı 9 nəfər diri-diri yandı

Barda azı 9 nəfər diri-diri yandı
19:59 3 Dekabr 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində  gecə klubunda baş vermiş yanğın nəticəsində azı  9 nəfər ölüb, 25 nəfər itkin düşmüş hesab edilir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli mətbuat yanğının fişənglərdən istifadə edilməsi səbəbindən baş verdiyini bildirir.   

 

Hadisə baş verdiyi an gecə klubunda 50-dək insan olub.  

 

“East Bay Times” nəşri 13 nəfərin itkin düşdüyünü bildirir.

 

Yanğınsöndürənlər binaya daxil olmağa səy göstərirlər.  Yanan binada hələ də insanların qaldığı bildirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR