Rusiya Ermənistana yeni Qarabağ sürprizi
hazırlayır.Suriyanın Hələb şəhərində
hadisələr getdikcə qorxunc hal almağa başlayıb və proseslər Dəməşq
ilə onun müttəfiqi olan Moskvanın istədiyi şəkildə gedir. Qərb
mediası isə iddia edir ki, Ankara və Moskva Vaşinqtonu Suriya
problemindən kənarlaşdırmaqdadır. Həftə ərzində ABŞ Konqresi İran
və Rusiya əleyhinə qanun layihələrini qəbul etdi. Həftə həmçinin
daha bir dəhşətli təyyarə qəzası ilə yadda qaldı. Türkiyənin
Tunceli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının
adını əbədiləşdirən abidənin qoyulması Azərbaycanda hiddətlə
qarşılandı.
Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırladığı
barədə Ermənistanın “Aravot” qəzeti yazıb.
Qəzet qeyd edib ki, Rusiya və Ermənistanın vahid ordusunun
yaradılması Ermənistan üçün tələdir. Qəzetin əsas ehtimalı odur ki,
Moskva İrəvan üçün hazırladığı sürprizdə Qarabağın ayrıca yeri
var.
Ancaq Ermənistan müdafiə naziri Vigen Sərkisyan
sözlərinə görə, Rusiya və Ermənistan arasında vahid ordu
birləşmələri haqqında müqavilənin imzalanması Rusiya hərbi
bazasının Ermənistanın müdafiəsində iştirak etməsi üçün hüquqi əsas
yaradacaq. “Ermənistana hücum zamanı Gümrüdəki
yerləşən Rusiya hərbi bazası müdafiə işlərinə cəlb edilməlidir.
Bunun üçün isə mütləq hüquqi əsas lazımdır. Hazırkı şəraitdə hüquqi
əsas məhz bu müqavilədir”, - deyə, o bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
mətbuat konfransında deyib ki, Bakı Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda
görüş təklifini dəstəkləyir.
Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə
xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən
mətbuat konfransında söyləyib ki, rəsmi Yerevan Fransa tərəfinin
Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də
cavab verməyib: "Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan
yayınır, sülh prosesinə dəstək vermir". Ermənistan tərəfinin Dağlıq
Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi
barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri
bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir
göstərir.
Çavuşoğlu deyib ki, Ermənistan qoşunları Azərbaycanın işğal
olunmuş ərazilərindən dərhal çıxmalıdır.
Noyabrın 30-da Moskvada Rusiya və Ermənistan
arasında iki ölkənin vahid qoşun birləşməsinin yaradılması ilə
bağlı razılaşma imzalanıb. Razılaşmanı Rusiya
tərəfdən müdafiə naziri Sergey Şoyqu, Ermənistan tərəfdən isə
müdafiə naziri Viqen Sarkisyan imzalayıb. Vahid ordu birləşməsinə
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və Ermənistan ordusunun
4-cü korpusu daxil olacaq. Vahid ordu sülh şəraitində Ermənistanın
hərbi rəhbərliyinə, müharibə vaxtı isə Rusiya Müdafiə Nazirliyinin
Cənub Hərbi dairəsinə tabe olacaq. Ekspertlərə görə, Rusiya bununla
Ermənistan ordusu üzərində nəzarəti gücləndirəcək. Bəzi
mütəxəssislər isə bu razılaşmanın Azərbaycan əleyhinə olduğunu
vurğulayırlar.
YENİ SSENARİ: Ermənistan Rusiyaya birləşdirilir,
Qarabağ...
ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri yazıb ki,
Ermənistan vahid ordunun yaradılması ilə hərfən Rusiyaya birləşir.
“Bu razılaşmaya əsasən Rusiya Ermənistanda istədiyi
etmək imkanı qazanır. Əslində bu Ermənistanın hərfən Rusiyaya
birləşməsi deməkdir”, - nəşr qeyd edib.
“Foreign Policy” vurğulayır ki, bu proseslər fonunda Dağlıq
Qarabağ münaqişəsi ətrafında hadisələrin necə cərəyan edəcəyi də
maraqlıdır.
YENİ SSENARİ: Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...
Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...
Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri
Vladimir Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinin
qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib.
O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki,
hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun
müəyyənləşdirilməsi halında müzakirə oluna bilər.
Ermənistan prezidenti Serj Sarkisyan “Rusiya bu gün” agentliyinə
müsahibəsində qeyd etmişdi ki, Qarabağın statusunun müəyyən
edilməsi şərti ilə yeddi rayonun qaytarılmasını nəzərdə tutan sənəd
mövcud olub, lakin Bakı bununla razılaşmayıb. Ermənistanın “lragir”
saytı da V.Akopyanın bu açıqlamasının şübhəli olduğunu yazıb.
ABŞ-ın xarici siyasət üzrə Məsləhət Şurasının əməkdaşı, məşhur
ekspert Stiven Blankın “cacianalyst” saytında dərc olunan
məqaləsində irəli sürdüyü fikirlər də diqqət çəkir.
Ermənistan şərtini açıqladı: 7 rayonun əvəzinə... – Qarabağla bağlı YENİ SİTUASİYA
Görünən odur ki, münaqişənin həlli qaçılmazdır və ruslar bunu edəcəklər.
Ermənistanın “Qraparak” qəzeti ölkənin Respublika
Partiyasındakı mənbəyə istinadən Azərbaycan və Ermənistan
prezidentləri arasında olan dialoqlardan birini açıqlayıb. Dialoq
Dağlıq Qarabağda referendum keçirilməsi ilə
bağlıdır.
İlham Əliyevlə Sarkisyan arasında maraqlı QARABAĞ DİALOQU
Görüşlərin birində Azərbaycan və Ermənistan prezidentlərinin arasında Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı baş verən dialoqu açıqlayıb.
Ermənilər TƏŞVİŞ İÇİNDƏ: Qarabağ üçün yeni
ssenari
Rusiyanın tanınmış ictimai-siyasi xadimi Mixail
Belyayev “Qarabağ ətrafında buludlar yenidən qatılaşır” adlı
məqaləsində yazıb ki, Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər
baş verir. Müəllif aprel döyüşlərində Azərbaycan
Ordusunun əks-hücumla bir neçə strateji yüksəkliyi azad etdiyinə
diqqət çəkərək, qeyd edib ki, münaqişə ətrafında vəziyyət “nə
müharibə, nə də sülh” mərhələsinə keçir. “Bölgədə vəziyyət daha da
amansızlaşır. Aprel hadisələrindən səkkiz ay ötüb, lakin danışıqlar
prosesi yenidən dalandadır”, - Mixail Belyayev qeyd edib.
M.Belyayev bildirib ki, Qarabağda tammiqyaslı müharibə versiyası
da gündəmdədir.
Ermənilər TƏŞVİŞ İÇİNDƏ: Qarabağ üçün yeni ssenari
Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər baş verir.
ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor”
beyin mərkəzinin məqaləsində Kremlin Qarabağ planı açıqlanıb.
Mərkəzin analitik məqaləsində qeyd edilir ki, Avropa və Birləşmiş
Ştatlarda baş verənlər Rusiyanın əlini gücləndirir və artıq
post-sovet ölkələri öz siyasi xətlərinə yenidən
baxırlar.
Məqalədə bildirilir ki, aprel müharibəsində Rusiyanın neytral
qalmasından sonra Ermənistanda ruslara qarşı düşmənçilik
gücləndi.
“Bakı Qarabağa görə ruslarla...” – ABŞ kəşfiyyatı Kremlin PLANLARINI AÇDI
Rusiya da öz maraqları çərçivəsində Bakı ilə razılaşa bilər.
Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 28-də
Azərbaycana ikigünlük rəsmi səfərə gəlib.
Qarabağ üçün “ikinci Minsk”: Lukaşenkonu Bakıya gətirən SƏBƏBLƏR
Belarus liderinin məhz indi səfər etməsi yeni siyasi proseslərdən xəbər verir.
Təyyarə qəzasında 75 nəfər öldü
Noyabrin 29-da səhər saatlarında göyərtəsində
braziliyalı futbolçuların da olduğu “RJ85” tipli sərnişin təyyarəsi
Kolumbiya səmasında qəzaya uğrayıb. LAMIA” hava yolları şirkətinə
məxsus Təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü
olub.
Çarter reysi ilə uçan təyyarədəki futbolçular Braziliyanın
“Chapecoense” klubunun üzvləri olub. Onlar noyabrın 29-da Cənubi
Amerika Kuboku uğrunda Kolumbiyanın “Atletico Nacional” klubu ilə
oyun keçirməli idi. Səlahiyyətlilər qəza nəticəsində 81 nəfərdən
75-nin öldüyünü açıqlayıb.
Türkiyədə Monte Melkonyana abidə qoyuldu – ŞOK
FAKTLAR
Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində
yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub.
Belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı
jurnalisti və yazarı Saygı Öztürk çıxış edib.
Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin
üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda
azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı
da var.
Türkiyədə Monte Melkonyana abidə qoyuldu – ŞOK FAKTLAR
Bu faktları Əli Erdinçin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib.
Ən QORXUNC SSENARİ – Rusiya istədiyini alır
Suriyanın rejim gücləri Hələb şəhərində müxalifət
qüvvələri üzərində ciddi üstünlük əldə edib. Noyabrın 15-də
əməliyyata başlayan rejim gücləri noyabrın 30-da müxalifətin
nəzarət etdiyi əraziləri iki hissəyə bölüb.
Əllərindəki ərazinin üçdə birini itirən müxalifət qüvvələri çox
qorxunc bir ssenari ilə üz-üzədir. Baş ofisi Londonda yerləşən
Suriya İnsan Haqları Təşkilatı müxalifətin Hələbin
şimali-şərqindəki bütün ərazini itirdiyini açıqlayıb. Bu, 2012-ci
ildən bu yana şəhərin yarısını əlində saxlayan müxalifət üçün ən
pis mənzərədir.
Ən QORXUNC SSENARİ – Rusiya istədiyini alır
Suriyanın rejim gücləri Hələb şəhərində müxalifət qüvvələri üzərində ciddi üstünlük əldə edib.
Suriya müxalifəti isə bildirib ki, Hələbin
itirilməsi rejimə qarşı mübarizənin başa çatdığını
göstərməyəcək. Suriya Ali Danışıqlar Komitəsinin üzvü
Corc Sabranın sözlərinə görə, Hələb inqilab üçün vacib yer olsa da,
sonuncu məntəqə deyil: “Hazırda Azad Suriya Ordusunun nəzarətində
kifayət qədər çox yer var. İndiki şəraitdə heç kim sülh haqqında
düşünə bilməz”.
Putinin ŞOK PLANI: 50 gün ərzində bunu
edəcək
“Reuters” agentliyi Rusiya tərəfindən dəstəklənən və
Dəməşq tərəfində vuruşan hərbi ittifaqdakı yüksək vəzifəli məmura
istinadən Moskvanın Hələb planını açıqlayıb. Mənbə
bildirib ki, Suriya ordusu və müttəfiqlər ABŞ-ın yeni seçilən
prezidenti Donald Trampın andiçməsinə qədər – 2017-ci il yanvarın
20-nə kimi Hələbin bütün şərq hissəsinin müxalifət qüvvələrindən
almaq istəyir.
Adının anonim qalmasını istəyən məmurun sözlərinə görə, Hələbdə
hərbi kampaniyanın növbəti mərhələsi daha mürəkkəb ola bilər. Bu
onunla izah edilir ki, ordu və müttəfiqlər hazırda şəhərin ən sıx
məskunlaşmış rayonlarını tutmağa çalışır. Müxalifət qüvvələri son
bir neçə gün ərzində Hələbin şərqinin üçdə birini itiriblər və daha
bir neçə min sığınacaqdan məhrum olub.
Putinin ŞOK PLANI: 50 gün ərzində bunu edəcək
Ruslar Trampın hakimiyyətə gəlişinə qədər Hələb əməliyyatını başa çatdırmaq istəyirlər.
Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA
Suriyada, xüsusilə Hələb ətrafında vəziyyət
qeyri-müəyyən olaraq qalır. Avropa mediası “Financial Times”in
dünən irəli sürdüyü iddianı daha da gücləndirən bir iddia ilə çıxış
edib.
Putin və Ərdoğanın gizli SURİYA PLANI
Suriya müxalifəti Türkiyə vasitəsilə Rusiya ilə gizli danışıqlar aparır.
Avropa mediasının yazdığına görə, Türkiyə və Rusiya
Suriyanın şimalındakı bölgələrə nəzarətin kimin edəcəyi barədə
razılaşmağa başlayıb. Bildirilir ki, Türkiyə
Suriyanın şimalında “yarı təhlükəsiz bölgə” yarada bilib.
Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və
Vladimir Putin son bir həftə ərzində üç dəfə telefonla söhbət edib.
Prezidentlərin telefon söhbətində Suriyadakı, həmçinin Hələbdəki
son vəziyyət müzakirə edilib.
Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA
Avropa mediasının yazdığına görə, Türkiyə Suriyanın şimalında “yarı təhlükəsiz bölgə” yarada bilib.
Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş
ölkəsinin Suriya ilə bağlı planını açıqlayıb. O, 5
min kvadrat kilometr ərazini terrorçulardan təmizləyəcəklərini qeyd
edib: “Fərat qalxanı” əməliyyatı davam edir. 5 min kvadrat kilometr
ərazini terrorçulardan təmizləməyi qarşımıza məqsəd qoymuşuq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya
lideri Bəşər Əsədlə bağlı son bəyanatı Moskva tərəfindən etirazla
qarşılanıb. Kreml Ərdoğandan izahat tələb edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə
bildirib ki, Bəşər Əsədin devrilməsi ilə bağlı Türkiyə
prezidentinin bəyanatı Moskvanın mövqeyi ilə uyğun gəlmir. “Bu, çox
ciddi bəyanatdır. Kremldə ümid edirlər ki, Ankara bu barədə izahat
verəcək”, - Dmitri Peskov deyib.
Kreml Ərdoğandan izahat tələb etdi
Kremldə ümid edirlər ki, Ankara bu barədə izahat verəcək.
Rusiyanın Liberal-Demokratik Partiyasının lideri
Vladimir Jirinovski isə hesab edir ki, Türkiyə prezidentinin Əsədlə
bağlı bəyanatı Türkiyənin tarixi baxışı ilə bağlı ola
bilər.
“Türkiyənin Suriya ilə münasibətləri bizim Krımla
münasibətlərimiz ilə eynidir. Onlar Osmanlı imperiyasının bir
hissəsi olaraq Şimali İraq kimi Şimali Suriyanın hansısa hissəsini
özünə qaytarmaq istəyir”, - siyasətçi deyib.
O, əlavə edib ki, Rusiya hakimiyyəti Türkiyəni dəstəkləməyəcək:
“Çünki Əsəd qanuni seçilmiş prezidentdir və Rusiyanın
müttəfiqidir”.
Jirinovskidən ŞOK İDDİA: “Türkiyə bu əraziləri...”
O, əlavə edib ki, Rusiya hakimiyyəti Türkiyəni dəstəkləməyəcək.
Suriya lideri isə Ərdoğanın cavabını “erməni
soyqırımı”nı tanımaqla verə bilər. Suriya
parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi
müzakirə edilir. Ermənistan parlamentinin vitse-spikeri Eduard
Şarmazanovla görüşdə Suriya parlamentinin deputatları Ömər əl-Ərəbi
və Alan Bakeri bildirib ki, Suriya parlamentinin müvafiq
komissiyalarında “erməni soyqırımı”nın tanınması məsələsinin
müzakirələri aparılır.
Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə
vəziyyətin nizama salınmasının yolunu göstərib. Onun sözlərinə
görə, bu yalnız bütün ölkələrin effektiv qarşılıqlı münasibətləri
ilə mümkündür.
Putin xatırladıb ki, Yaxın Şərqdə inqilabların dağıdıcı
nəticələri haqqında hələ Rusiyanın keçmiş baş naziri, sabiq xarici
işlər naziri Yevgeni Primakov xəbərdarlıq edirdi.
Putin: “Primakov “Ərəb baharı” haqqında xəbərdarlıq etmişdi”
Yaxın Şərq qanlı münaqişələr nəticəsində terrorizm və dini ekstremizmin mərkəzinə çevrildi.
İŞİD terror təşkilatı noyabrın 28-də Colan
təpələrində israilli əsgərlərə pulemyot və minaatanlarla atəş
açıb. Anında havaya qalxan İsrail təyyarələri İŞİD
terrorçularını daşıyan avtomobilləri məhv edib. Hadisə İŞİD və
İsrail arasında qarşıdurma kimi qeydə alınıb. 2011-ci ildə Suriyada
başlayan vətəndaş müharibəsindən bu yana ilk dəfə İsrail əsgərləri
İŞİD-in hücumuna məruz qalır. Hücumun Yermuk Şəhidləri qrupu
tərəfindən təşkil edildiyi təxmin edilir.
İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşq
yaxınlığında yerləşən Əl-Sabura bölgəsinə raket zərbələri
endirib. Suriyanın rəsmi mənbələrindən verilən məlumata
görə, İsrailin döyüş təyyarələri atəş açdığı anda Livan hava
məkanında olublar.
Avropa İttifaqında Türkiyə əleyhdarlığı
artmaqdadır. Avstriya prezidentliyinə namizəd,
Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer bildirib ki,
Türkiyə Avropa İttifaqına üzv olarsa, Avstriyanın quruma üzvlük
məsələsini referenduma aparacaq. Yaşıllar Partiyasının namizədi
Aleksandr Van Der Bellenlə teledebata çıxan Norbert Hofer şəxsən
Avstriyanın Avropa İttifaqından çıxmasını istəmədiyini
söyləyib.
Avstriyadan sonra Avropanın daha bir ölkəsi
Türkiyəyə silah satışına embarqo qoyub. Almaniyanın
silah istehsalçısı olan “Heckler & Koch” şirkəti Türkiyəyə
silah satışına qadağa qoyub. Daha əvvəl isə Avstriya parlamenti
Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edib.
ABŞ Senatı cümə axşamı Nümayəndələr Palatasının
İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına dair
bundan əvvəl qəbul etdiyi qanun layihəsini
dəstəkləyib.
Sənəd ABŞ prezidentinə İran tərəfindən ballistik raket
hazırlanmasında iştirak edən, terrorçuluğu dəstəkləyən, həmçinin
insan haqlarının pozulmasında müqəssir olan şəxslərə qarşı
məhdudiyyətlər tətbiq etmək imkanı verir. Konqres bu səlahiyyətləri
uzatmasaydı, sanksiyaların müddəti artıq cari ilin 31 dekabrında
başa çatacaqdı. Qanunun qüvvəyə minməsi üçün prezident Barak
Obamanın təsdiqi lazımdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların daha uzadılmasına
münasibət bildirib. XİN rəsmisi qərarın nüvə razılığının
ləğvi ilə nəticələnəcəyini deyib.
ABŞ Konqresini qəbul etdiyi daha bir addım Rusiya
əleyhinə yönəlib. Nümayəndələr Palatası Rusiyanın təcavüzünə qarşı
4,3 milyard dolların ayrılmasını dəstəkləyib.
Adıçəkilən təşəbbüslə fevral ayında prezident Obama çıxış edib.
Xərclər siyasi, iqtisadi, ictimai diplomatiyaya və hərbi dəstəyə, o
cümlədən NATO-ya üzv ölkələr, eləcə də Avropa, Avrasiya və Mərkəzi
Asiyada ABŞ-a tərəfdaş ölkələrə qarşı Rusiyanın mümkün təcavüzünün
qarşısını almağa yönəlib.
Qanun layihəsi Konqresin hər iki Palatasında razılaşdırıldıqdan
sonra imzalanmaq üçün prezident Obamaya göndəriləcək.
Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə
yol açacaq!”
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya
barədə verdiyi vədləri ilə ehtiyatlı olmalıdır. Bu
xəbərdarlıqla ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con
Brennan çıxış edib.
“Düşünürəm ki, prezident Tramp və yeni administrasiyası Rusiya
barədə vədləri ilə ehtiyatlı olmalıdır”, - deyə o, bildirib.
Brennan həmçinin İranla bağlanan nüvə razılaşması mövzusunda
Trampa xəbərdarlıq edib. Onun sözlərinə görə, yeni
administrasiyasının nüvə razılaşmasını ləğv etməsi fəlakətə yol aça
bilər.
Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə yol açacaq!”
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya barədə verdiyi vədləri ilə ehtiyatlı olmalıdır.
ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə
keçdi - SSENARİLƏR
ABŞ deyəsən yerdəki müharibələrdən bezib. Vaşinqton
kosmos müharibələri və yadplanetlilərin Yerə hücum ehtimalına qarşı
hazırlıqlara başlayıb.
CNN telekanalının verdiyi xəbərə görə, kosmos müharibələri,
yadplanetlilərin hücumu üçün bir sıra ssenarilər hazırlanır. CNN-ə
danışan ABŞ strategiya komandiri general Con Hayten bildirib ki,
insanın getdiyi hər yerdə qarşıdurmalar baş verib.
“İnsan indi kosmosa gedir. Qarşıdurma ehtimalına hazır
olmalıyıq”, - amerikalı general deyib.
ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə keçdi - SSENARİLƏR
ABŞ müharibə üçün hazırlıqlara başlayıb.
Həftə ərzində Rusiya tərəfindən ilhaq edilən Krım
yarımadası ətrafında vəziyyət gərgin olub. 1-2 dekabr tarixlərində
Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazilərdə
raket atışları həyata keçirib.
Buna cavab olaraq Krımda Rusiyanın Hava Hücumundan Müdafiə
qoşunları gücləndirilmiş iş rejiminə keçirilib.
Hava Hücumundan Müdafiə qoşunları hazır vəziyyətə gətirildi: MÜHARİBƏ BAŞLAYIR?
Hava Hücumundan Müdafiə qoşunları hazırlıq vəziyyətinə gətirildi: MÜHARİBƏ BAŞLAYIR?
Krımda TƏHLÜKƏLİ QARŞIDURMA - Kiyev raket atışlarına başladı
Kiyev Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazilərdə raket təlimlərinin startını elan edib.
Rusiya prezidenti Vladimir Putin Ukraynanın raket
atışları keçirdiyi bir vaxtda 55 min əsgərin Ukrayna sərhədinə
göndərilməsi əmrini verib. Məlumata görə, Ukrayna
sərhədinə göndərilən əsgərlərin əksəriyyəti Krıma yerləşdirilir.
Kreml eyni zamanda, krımın Qərb sahillərinə hərbi gəmilər
göndərib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/178383.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)