gecə klubunda yanğın: 9 nəfər həlak olub, 25 nəfər itkin düşüb - FOTO

gecə klubunda yanğın: 9 nəfər həlak olub, 25 nəfər itkin düşüb - FOTO
20:05 3 Dekabr 2016
113 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) gecə klubunda baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 25 nəfər itkin düşmüş hesab olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  ABŞ KİV-lərinin yaydıqları məlumata görə, yanğın cümə günü yerli vaxtla saat 23:30-da, klubda şənlik keçirilən vaxt baş verib. Yanğınsöndürənlər binada 50 nəfərədək insanın ola biləcəyini və həyatını itirənlərin olduğunu bildirirlər. Oklend polisi faktı təsdiqləsə də, ölənlərin dəqiq sayı barədə məlumat verməyib.

Yanan klub binasında vəziyyət təhlükəli olduğu üçün yanğınsöndürənlərin içəri girməsinə icazə verilmir. İlkin məlumata görə, yanğına pirotexnikadan istifadə edilməsi səbəb olub.

Milli.Az




































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR