Sumqayıt sakini “KaMAZ”dan yıxılaraq xəsarət alıb

Sumqayıt sakini “KaMAZ”dan yıxılaraq xəsarət alıb
20:07 3 Dekabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 3 dekabr. REPORT.AZ/ İmişli rayonunda bədbəxt hadisə baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında, rayon mərkəzinin yaxınlığındakı daş bazarında qeydə alınıb.
Belə ki, Sumqayıt şəhəri, Bağlar qəsəbəsi, 8-ci məhəllə sakini, 33 yaşlı Əli Kamil oğlu Əliyev “KaMAZ” markalı yük maşınından daş boşaldarkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ə. Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər tərəfindən müayinələr aparılmaqla ona ilk tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-sumqayit-sakini-kamaz-dan-yixilaraq-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR