B6 vitamini haqqında bilmədiklərimiz...

B6 vitamini haqqında bilmədiklərimiz...
20:12 3 Dekabr 2016
314 Ölkə
Ölkə mətbuatı
A- A+

Bədənimizdə 100-dən artıq kimyəvi ferment reaksiyalarında istifadə edilən B6 vitamini, bir çox xəstəliyə qarşı qorumanı təmin edən "antikor" istehsalında mühüm rol oynayır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, B6 vitamini həmçinin, zülalın parçalanması və qan şəkəri səviyyəsinin tarazlanmasına yardım edir.
B6 vitamini çatışmazlığında qandakı hemoqlobin miqdarının azalmasına bağlı olaraq ekzema kimi dəri xəstəlikləri və yorğunluq əmələ gəlir.
 
Ürək və damar sağlamlığının qorunması üçün əhəmiyyətli bir vitamin olan B6, həmçinin sinir sisteminə təsir edən xəstəliklərlə bəzi dəri xəstəliklərinin müalicəsinə yardımçı olması üçün təklif edilən vitaminlər arasındadır.
B6 vitamini ilə zəngin qidalar:
 
Kəpək (düyü və buğda): Düyü və buğda kəpəyi B6 vitamini baxımından ən zəngin qidalar sırasındadır.
 
Sarımsaq: Sarımsaq digər faydaları ilə bərabər, eyni zamanda yaxşı bir B6 vitamini mənbəyidir. 1 çay qaşığı və ya 1 diş sarımsaqda 0.04 mq B6 olur və bu miqdar gündəlik ehtiyacın 2%-nə uyğun gəlir.
 
Balıq: Ton, alabalıq, kimi dərin dəniz balıqları zülal, yağ turşuları və B6 vitamini üçün yaxşı bir mənbədir. Məsələn, 100 qram ton balığı gündəlik B6 vitamini ehtiyacının yarısını ödәyir.
 
Fındıq: Kalium və mis mineralları baxımından zəngin olan fındıq eyni zamanda B6 vitamini də ehtiva edir. 100 qram qovrulmuş fındıqda 0.17 mq B6 vitamini vardır və bu miqdar gündəlik B6 vitamini ehtiyacının 9%-ni ödəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR