ABŞ mətbuatı Azərbaycandan yazdı

ABŞ mətbuatı Azərbaycandan yazdı
20:53 3 Dekabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nüfuzlu “The Hill” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, məqalənin əvvəlində Azərbaycanın coğrafi mövqeyi, zəngin enerji resursları barədə məlumat verilir.

Yazıda Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında oynadıqları rol barədə ətraflı söhbət açılır. Qadınların parlamentdə geniş təmsil olunduqları diqqətə çatdırılır. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT komitəsinin hazırladığı hesabatda da bunun öz əksini tapdığı vurğulanır.

Müəllif Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu, təhsil sahəsində aparıcı mövqe tutduğu barədə məlumat verir. Yerli icra hakimiyyətlərinin böyük əksəriyyətində başçıların müavinlərinin qadınlar olduğu bildirilir.

Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, onun təşəbbüsü ilə həyata keçirilən mədəniyyət layihələri, müxtəlif xeyriyyə tədbirləri barədə də məlumat verilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/178396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR