Mingəçevirdə mənzildən 56 yaşlı kişinin cəsədi tapılıb

Mingəçevirdə mənzildən 56 yaşlı kişinin cəsədi tapılıb
21:07 3 Dekabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Mingəçevirdə mənzildən 56 yaşlı kişinin meyiti tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-ci il təvəlüdlü Hüseynov Akif Mehdi oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 18:15-də başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-menzilden-56-yasli-kisinin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR