Dəfn mərasimində qadınların iştirak etmələrinə icazə verilirmi?

Dəfn mərasimində qadınların iştirak etmələrinə icazə verilirmi?
21:12 3 Dekabr 2016
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Dinimiz qadınların dəfn mərasimində iştirak etməsinə müsbət baxmır. Çünki əvvəla, öz əzizinin torpağa basdırılmasını görmək qadının psixikasına ağır təsir göstərib, ona ciddi psixoloji zərbə vura bilər. İkincisi, qadın təbiət etibarilə emosional olduğu üçün dəfn zamanı öz kədərini ifadə edərkən artıq hərəkətlərə yol verə bilər ki, bu da naməhrəmlərin gözü qarşısında yolverilməzdir. Milli.Az islam.az-a istinadən bildirir ki, buna görə də qadınlar dəfn mərasiminə qatılmır, dəfndən bir neçə gün sonra məzarı ziyarət etməyə gedirlər. Qeyd edək ki, ümumiyyətlə, qadınların qəbir ziyarətinə getməsi məsələsi İslam məzhəbləri tərəfindən müzakirə edilib. Bəzi alimlər bunu icazəli, bəziləri bəyənilməz, bəziləri isə hətta haram saymışlar. Qadınların qəbir ziyarətinə qadağan qoyan alimlər əsas etdibarilə radikal İslam cərəyanlarına mənsubdurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR