Prezident İlham Əliyev: "Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir"

Prezident İlham Əliyev: "Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir"
21:22 3 Dekabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Aprel döyüşləri bizim şanlı tariximizdir. Azərbaycan ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərib".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tərtər rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanıb: "Ordumuz əlverişsiz mövqelərdən əks hücum əməliyyatı keçirərək böyük ərazini işğalçılardan azad edib. Həm keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin ərazisində, indiki Ağdərə rayonunda, eyni zamanda Cəbrayıl, Füzuli rayonlarında. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi.
Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da.
“Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlətimizin başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/prezident-i-lham-eliyev-azerbaycan-esgeri-zabiti-gosterdi-ki-kim-neye-qadirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR