59 yaşında pensiyaya çıxmaq istəyir - mümkündür? - VİDEO

59 yaşında pensiyaya çıxmaq istəyir - mümkündür? - VİDEO
21:32 3 Dekabr 2016
225 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  59 yaşlı bir kişi pensiyaya çıxmaq istədiyini lakin buna şərait yaradılmadığını deyir. Bəs illərlə qaynaqçı işləyən həmin şəxsin 59 yaşında öz istəyi ilə pensiyaya çıxmaq hüququ varmı? Məsələnin təfərrüatları ilə maaraqlanmışıq.

Dağbəy Bağırovun 59 yaşı var. O, 25 ildir ki, qaynaqçı işlədiyini deyir. Lakin son illərdə gözlərinin zəifləməsi səbəbindən peşəsindən uzaqlaşmaq məcburiyyətində qalıb. İndi isə pensiyaya çıxmaq istəyir.

Ötən il pensiya üçün müraciət edən Dağbəy Bağırova iş stajının az olduğu əsas gətirilərək imtina cavabı verilib. O, bu problemi həll etsə də hələ də pensiyaya çıxa bilmir.

Azərbaycanda pensiya yaşı qadınlar üşün 60, kişilər üçün isə 63-dür. Mütəxəssislərin sözlərinə görə, əmək qanunvericiliyinə görə insan səhhətinə ziyanlı hesab olunduğundan bəzi peşələrdə çalışanlar vaxtından əvvəl təqaüdə çıxmaq hüququndan istifadə edə bilərlər. Nazirlər Kabinenti tərəfindən həmin zavod və sexlərin zərərli sahəsinin siyahısı müəyyənləşdirilib. Yalnız əmək fəaliyyətini bu sahələr üzrə davam etdirənlər vaxtından əvvəl pensiyaya çıxa bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilir ki, məsələ araşdırılmalıdır. Bundan sonra sözügedən şəxsin vaxtından əvvəl pensiyaya göndərilməsi məsəsləsinə baxılacaq. Əgər o doğrudan da bu illər ərzində ziyanlı işdə çalışıbsa ən tez bir zamanda təqaüdə göndəriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR