İspaniya çempionatı: "Barselona" - "Real Madrid" qarşılaşmasında qalib müəyyənləşməyib

İspaniya çempionatı: "Barselona" - "Real Madrid" qarşılaşmasında qalib müəyyənləşməyib
21:42 3 Dekabr 2016
147 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə İspaniya çempionatının 14-cü turu çərçivəsində "Barselona" və "Real Madrid" klubları üz-üzə gəlib.
"Report"un məlumatına görə, La Liqanın lideri və Çempionlar Liqasının hazırkı qalibi "Real Madrid" mövsümün ilk "El Klassiko"sunu rəqib meydanında keçirib.
Oyunda qalib müəyyənləşməyib. Matçda hər 2 qol fasilədən sonra vurulub. Luis Suares fasilədən az sonra “Barselona”nı hesabda irəli çıxarsa da, rəqib kapitan Serxio Ramos son dəqiqədə başla qolla komandasını məğlubiyyətdən xilas edib.
Bununla da “Real Madrid” məğlubiyyətsiz seriyasını davam etdirib və ən yaxın izləyicisi olan “Barselona” ilə 6 xallıq fərqini qoruyub saxlayıb.
İspaniya Primerosu, XIV tur
"Barselona" - "Real Madrid" - 1:1
Qollar: Luis Suares, 53 - Serxio Ramos, 90

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-cempionatinin-14-cu-turu-cercivesinde-barselona-ve-real-madrid-klublari-qarsilasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR