Nə edək ki, səhər yuxudan gümrah duraq?

Nə edək ki, səhər yuxudan gümrah duraq?
21:47 3 Dekabr 2016
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Siz də səhərlər yuxudan çətin durursunuz? Duran zaman halınız olmur və hiss edirsiniz ki. yuxunuzu tam almamısınız?

Əgər bu suallara cavabınız müsbətdirsə, deməli sizin də qida qəbul etməkdə probleminiz vardır. Yaxşı olar ki, enerji toplamaq üçün daha münasib yollar tapasınız. Fast-fudların sorağına getməyin. Düzgün qidalanma orqanizminizi və zehninizi gücləndirəcək və daha ayıq edəcəkdir. Eyni zamanda çəkiniz də sabit qalacaq və kökəlmə baş verməyəcəkdir.
 
Protein qəbul edin.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, proteinlər zehnimizi gücləndirər və mədəmizi sağlam saxlayar. Çünki asanlıqla həzm olunar və insan tez doyar. Əgər bu maddəni qidanızdan silsəniz, aclıq sizi daha zərərli qidalara tərəf çəkəcəkdir. Yeni tədqiqat göstərir ki, o kəslər ki, gün ərzində 15%-dən az protein qəbul edər, səhər yeməyindən sonra yenə də aclıq hiss edərlər. Ona görə də yemək vaxtları arasında başqa qidaları qəbul edər. Əgər bu vəziyyət davam edərsə, insan tez bir zamanda kökələ bilər. Hər ay ən azı 1 kq kökələr. Ancaq əgər səhər yeməyində yumurta və ya qatıq yesəniz, aclıq hissi keçirtməzsiniz. İnsan protein qəbul edən zaman, uzun müddət toxluq hiss edər.
 
Şokolad yeyin.
Bəli, qara şokolat yeyin. Bir qara şokolat sizi ayıq saxlayar. Onun tərkibində tyubrumin vardır. Bu maddə bədəndə yorğunluğu aradan aparır. Bundan başqa şokoladın tərkibində anti-oksidanlar vardır. Bu da ürək infarktı riskini azaldır. Bundan başqa, bu maddə sizi xoş əhval edir. Səhər yeməyindən sonra şokolad yesəniz, daha faydalı olar.
 
Üzünüzün əzələlərini hərəkət etdirin.
Evdən yuxulu çıxmamaq üçün üzünüzün əzələlərini hərəkət etdirin. Bunun üçün daha çox dişlərinizdən yardım alın. Yəni elə bir şey yeyin ki, daha çox çeynəməyə ehtiyac duyasınız. Bu zaman üzdəki sinirlər və əzələlər hərəkət edər və insan oyanar. Misal üçün bir alma yeyin. Bu zaman həm ayılar və həm də vitamin qəbul etmiş olarsınız.
 
Bir fıncan qəhvə için.
Qəhvə xoşlayanlar yəqin ki, bunu oxuyan zaman sevinəcəklər. Son tədqiqatlar göstərir ki, qəhvə dəri xərçəngi, beyin insultu, ölüm təhlükəsi riskini 20-25 % azaldar. Əgər kaloriyə görə nigaransınızsa, bu zaman qəhvəni acı və ya az şirin qəbul edin.
 
Gecə yarısına qədər oyaq qalmayın.
Gecə yarısına qədər oyaq qalmaq sağlamlığınıza ziyandır. Ona görə də səhər də yuxudan ayırlmaq çətin olar. Bu insanlar gün ərzində yorğun olarlar. Gecə oyaq qalan zaman soyuducunun qapısı da çox açılar və bu da əlavə kalori qəbulu deməkdir. Ona görə yaxşı olar ki, gecə tez yatıb, səhər tez durasınız. Bu zaman orqanizminiz də sağlam olar və yorğunluq da aradan gedər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR