“El-Klassiko”da son dəqiqə zərbəsi - VİDEO

“El-Klassiko”da son dəqiqə zərbəsi -  VİDEO
22:08 3 Dekabr 2016
184 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün bütün dünyanın diqqəti İspaniyanın Barselona şəhərində keçirilən “El-Klassiko”ya yönəlmişdi.

Publika.az xəbər verir ki, İspaniya La liqasının 14-cü turunda ev sahibi “Barselona” güclü rəqibi “Real” qarşısında qələbəni son dəqiqədə əldən verib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Qolları 53-cü dəqiqədə Luis Suares və 90-cı dəqiqədə Sergio Ramos vurub.

Bu, komandalar arasında keçirilən sayca 265-ci ”El-Klassiko” olub. Komandalar ümumilikdə 33-cü dəfə “sülh”I razılaşıblar.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 34 xalla "Real" başçılıq edir. "Barsa" isə 28 xalla ikincidir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR