Azərbaycan Prezidenti: "Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq"

Azərbaycan Prezidenti: "Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq"
22:12 3 Dekabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq. Bunu Prezident İlham Əliyev Tərtərə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: "Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq. Bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar ki, iflasa uğrayıb. İndi güc əsas amildir. Bu, belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır, inkişaf daha da sürətlə getməlidir. Baxın, hətta böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə artır və artacaq. İndi bir-iki ilə Azərbaycan əhalisi on milyona çatacaq. Bu meyil davam edir. İndi əhali nə qədər çox artırsa, sonrakı illərdə də artım daha yüksək olacaq.

Ermənistanda isə əhali azalır. Bu, həm təbii səbəblər, həm miqrasiya, həm də ümidsizlik, çarəsizlik, özbaşınalıq üzündən baş verir. Ermənistanın indiki faşist rejimi faktiki olaraq ölkədə dözülməz şərait yaradıb. Ona görə də orada əhali daha da azalacaq, çıxıb gedəcək, necə ki, indi çıxıb gedir. Biz torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya olmalıdır. Bu, var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq. Birincisi, bu, tarixi məsələdir. İkincisi isə bu, ədalətli məsələdir. Biz ədalətin tərəfdarıyıq və ərazi bütövlüyümüzü bərpa etməliyik. Heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Əksinə çalışmalıyıq və çalışacağıq ki, ölkəmizin gücünü artıraq, möhkəmləndirək və istəyimizə nail olaq"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/495521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR