Burun tutulmasının yaratdığı problemlər

Burun tutulmasının yaratdığı problemlər
22:17 3 Dekabr 2016
260 Ölkə
Ölkə mətbuatı
A- A+

Qış mövsümüylə birlikdə üst tənəffüs yolu infeksiyaları da daha tez-tez görünür. Boğaz infeksiyası, soyuqdəymə, qrip şikayətləri ilə həkimə müraciət edən xəstələrdə, qulaq-burun-boğaz müayinəsi zamanı burun tıxanıqlığının səbəbi qığırdaq əyriliyi və ya burun ətinin böyüməsi kimi hallara rast gəlinir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qış aylarında tez-tez görünən burun tıxanıqlığı xüsusilə gecə yatarkən nəfəs almaqda çətinlik yaradır.
 
Həmçinin burun tıxanıqlığı qoxu almada pozulma, nəfəs almamaq və bununla bağlı ortaya çıxan yuxusuzluq, ağız quruluğu, yorğunluq, halsızlıq və baş ağrısı kimi şikayətləri də özü ilə birlikdə gətirir.
 
Burun tıxanıqlığı sadə bir narahatlıq deyil, çünki bir çox xəstəliyə yol aça bilər. Bu vəziyyəti yaşayan xəstələrdə oksigen miqdarının pozulması səbəbi ilә ürəyə də yük düşür. Bu proses uzun müddət davam edərsə, sonrakı dövrlərdə ürəklə bağlı xəstəliklər ortaya çıxa bilər.
 
Həmçinin burun tıxanıqlığı olan xəstələrdə qulaqda maye toplanması, orta qulaq infeksiyaları kimi problemlər daha tez-tez müşahidə olunur. Qrip çox asan yayılan bir infeksiyadır. Mövcud burun tutulmasına qrip əlavə olunarsa, bu vəziyyət daha da ağırlaşar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR