Hacıqabulda piyadanı avtomobil vurdu

Hacıqabulda piyadanı avtomobil vurdu
22:22 3 Dekabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda 44 yaşlı piyadanı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində "Mercedes" markalı 90 QO 546 dövlət nömrə nişanlı avtomobil yolu keçən Samux rayonu Lək kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Arzu Məzahir oğlunu vurub. Nəticədə piyada ağır sınıq xəsarətləri və çoxsaylı travmalar alıb. Yaralı travmatik şok vəziyyətində Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olduğundan o, paytaxta-travmatologiya mərkəzinə köçürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR