Bərdədə sürücü qəza nəticəsində ağır yaralandı - FOTO

Bərdədə sürücü qəza nəticəsində ağır yaralandı - FOTO
22:22 3 Dekabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə sürücünün ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunda baş verib. 1973-cü il təvəllüdlü Feruz Əliyev idarə etdiyi "VAZ-2109" markalı 10 CO 161 dövlət nömrə nişanlı maşınla, qarşı tərəfdən gələn 1981-ci il təvəllüdlü Adığızəlov Əlövsət Ələkbər oğlunun idarə etdiyi "Ford" markalı 99 EN 448 dövlət nömrə nişanlı maşınla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-2109" markalı avtomobilin sürücüsü içkili olub və "Ford" markalı avtomobilin hərəkət zolağına çıxıb.
Bərdə Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, F. Əliyevin vəziyyəti orta ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR