Play Store

Qəzəbli halda özünə edilən bəd dua qəbul edilirmi?

Qəzəbli halda özünə edilən bəd dua qəbul edilirmi?
22:27 3 Dekabr 2016
294 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Dəvud, 4, 327)
Milli.Az zikr.az-a istinadən bildirir ki, Ənəsdən (radıyallahu anhu) rəvayət etmişdir ki, "Peyğəmbər müsəlmanlardan olan bir xəstə kişini ziyarət etdi. O, artıq zəifləyərək cücə kimi olmuşdu. Peyğəmbər ona dedi: "Sən Allaha dua edərək Ondan nəsə istəyirdinmi?" Dedi: "Bəli. Deyirdim Allahım, mənə axirətdə cəza verəcəksənsə, onu dünyada ikən mənim üçün tezləşdir." Peyğəmbər buyurdu: "Subhənallah. Ona gücün yetməz. Belə deyə bilmirdinmi ki, Allahım bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru?!" Peyğəmbər onun üçün Allaha dua etdi və (Allah Təala da) ona şəfa verdi". (Muslim, 6776; Əhməd, 3/107; Tirmizi, 3487)
Ona görə də tövbə edin və Allaha yalvararaq dua edin ki, sizi bağışlasın etdiyiniz bəd duaya cavab verilməsin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR