Təbii antibiotiklər – SİYAHI

Təbii antibiotiklər – SİYAHI
22:47 3 Dekabr 2016
831 Ölkə
Ölkə mətbuatı
A- A+

Soyuq fəsillərdə özümüzü hər cür xəstəlikdən qorumaq üçün təbii antibiotiklərdən istifadə etsək yaxşı olar. Bunun üçün həmin antibiotikləri tanıyaq.

Sarımsaq.
Sarımsaq - təbii bir antibiotikdir. Yaxşı olar ki, onu yeməklərimizə əlavə edək və xəstəliklərdən qorunaq. Sarımsağın tərkibində kalium və allisin vardır. Bu iki maddə bədinin immun sistemini gücləndirər və antibiotik xasiyyətə malik olar. Sarımsaq bədənin immun sistemini gücləndirməklə yanaşı, xəstə bakteriyaları da məhv edər.
Tədqiqatçılar bu fikirdədirlər ki, sarımsaq başqa antibiotiklərdən iki dəfə daha güclüdür. Sarımsaq əzələ və sümük iltihabları ilə mübarizə aparar. Sarımsaq qan təzyiqini aşağı salar və xərçəng əleyhinədir.
Alma sirkəsi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, alma sirkəsi yüksək qan təzyiqi və sümük çürüməsi ilə mübarizə aparar. Eşitmə orqanın iltihabına qarşı çox faydalıdır. Aparılan tədqiqatlar göstərmişdir ki, alma sirkəsi anti-bakteriya xasiyyətinə görə qulaq ağrısına müsbət təsir göstərmişdir.
Zoğal.
Zoğal sidik iltihabına qarşı çox faydalı antibiotikdir. Zoğal suyu bakteriyaların sidik orqanına yapışmasına mane olar ki, bu da iltihabı azaldar. Aparılan tədqiqatlar göstərmişdir ki, zoğaldan bir il istifadə etməklə bu xəstəliyin azalmasına nail olmuşdular. Bunun üçün hər gün 500 milliqram qəliz zoğal suyu içmək lazımdır.
Bal.
Bal - dəri yaralarının və bədən yaralarının yaxşılaşmasına səbəb olar. Tədqiqatlar göstərir ki, bal hər cür kimyəvi antibiotikdən daha təsirlidir. Arı çalan zaman baldan təsirli dərman yoxdur. Bal - tənəffüs sistemi, iltihab, sümük, əzələ, mədə və bağırsaq xəstəlikləri üçün çox faydalıdır. Balın tərkibində vitaminlər, amin turşuları vardır. Ona görə də enerjinizi ikiqat artırar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR