Bu içki bizim orqanizmi dağıdır

Bu içki bizim orqanizmi dağıdır
22:52 3 Dekabr 2016
1210 Ölkə
Ölkə mətbuatı
A- A+

Susayanlar müxtəlif qazlı sulardan içərək sərinləşirlər. Lakin alimlərin qənaətinə görə, qazlı su insult yaradır. Alimlər bildirirlər ki, indiyədək belə suların orqanizmə bir sıra zərəri müəyyənləşdirilsə də, onun qan təzyiqinə necə təsir göstərməsinə dair araşdırma ilk dəfə aparılıb: Araşdırma göstərib ki, insanlar şəkərli və qazlı su içməyi azaltsalar, bu, onların qan təzyiqinin aşağı olması ilə nəticələnəcək. Amma bir nəfər gündə 2 stəkan belə su içərsə, onda hipertoniya və hətta insult ola bilər.

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki, nəzərdə tutulan - qazlı su içməklə həzm prosesində bədənə daxil olan sulardır. Çünki orqanizmə daxil olan qazlı suları iki yerə bölmək olar - həzm prosesində sovrulan və birbaşa venaya yeridilən qazlı sular var. Ozonlaşmış mayelər də, yəni, tərkibcə qana yaxın olan və qanəvəzedici maddələr ozonlaşdırılaraq birbaşa qana vurula bilər.

Ozon qanda yaxşı həll olunduğuna görə, orada problem yaranmır. Dünyada bu üsul bədənin oksigenləşməsi üçün istifadə olunan bir üsuldur.

Bu içki bizim orqanizmi dağıdır! Amma biz onu hər gün onu içirik! İnanılmaz faktlar VİDEOYA baxın!

Burada içmək yolu ilə bədənə gedən qazlı suların embolizasiya yaratmağı nəzərdə tutulur. Həkimlərin qənaətinə görə isə qazlı su təzyiqi qaldıra bilir, amma bu da təzyiqi qaldıran mexanizm kimi izah oluna bilməz. Həzm zamanı qazın xeyli hissəsi buxarlanır, maye sorularkən də divaryanı həzm prosesi, sorulma gedir. Bu, molekulyar səviyyədə gedən prosesdir. Orada o qədər qaz toplanmalıdır ki, gəlib embol yaratsın və insulta çevrilsin.

Qəbul edilən qazlı su qana diffuziya eləmir. Onun qana diffuziya etməsi belə çətindir. Təzyiqin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz və böyrəklərdə gedən iltihabi proseslərdir: qan damarlarının daralması ilə qanda xolesterinin ara məhsullarının çökməsi qan damarlarının daralması nəticəsində təzyiq artır. Buna hipertoniya deyilir. Bu, bir xəstəlikdir və əsas səbəbləri bilinmir. Apeleskreloz da burada bir fon xəstəliyi kimi çıxış edir. Yəni, yardımçı olan bir xəstəlikdir. Hipertoniyada genetik faktorun böyük bir rolu var. Belə baxanda qazlı suyu hamı içir, amma hipertoniya xəstəliyində genetik meyllilik daha güclüdür. Hər halda bugünki təbabətin nailiyyətlərini bu şəkildə yozmaq mümkün deyil.

Qazlı - şəkərli içkilər insanı kökəldir?!

Qazlı-şəkərli içkilər nədən insanı kökəldir? Heç demə, özümüzün və övladlarımızın sevə-sevə içdiyi kola tipli içkilər tam bir fəlakət törədicisidir.

Qazlı-şəkərli içkiləri içəndən sonra ilk 10 dəqiqədə qanınıza dərhal 10 çay qaşığı qədər şəkər daxil olar. Bu normal günlük dozanın 100 qatı qədərdir. Ürək bulanmasının qarşısını alan isə içkinin içindəki fosfor qarışıqlarıdır.

Qazlı sular qocalmanı sürətləndirir

Qazlı içkilər və içərisində daha çox fosfat turşusu birləşmələri olan məhsullar insan orqanizmi üçün zərərlidir. Harvard Universitetinin tibb şöbəsinin mütəxəssisləri belə bir qənaətə gəliblər ki, qazlı su alınması üçün içkilərə əlavə olunan fosfat insan orqanizminin yaşlanmasını sürətləndirir.
Fosfat turşularından həmçinin çörək-bulka məhsullarında və ətdən hazırlanan məhsullarda konservant və aromtizatorlar kimi istifadə edilir. Məlum olub ki, fosfat nəinki qocalmanı tezləşdirir, həmçinin böyrək çatışmazlığı kimi yaşlılıq xəstəliklərinin yaranmasına səbəb olur. Beləliklə, aydın olur ki, biz qazlı-şəkərli sular içərkən bir çox xəstəlikləri satın almış oluruq.

Bəlkə də bir gün gələcək, Səhiyyə Nazirliyi tütün məmulatlarının üzərində istehlakçılara etdiyi xəbərdarlıq kimi, qazlı-şəkərli içkilərin də üzərinə "Bunu içmək sizin sağlamlığınız üçün zərərlidir" xəbərdarlığı yazdıracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR