Müəllimə 13 yaşlı şagirdi ilə... - 30 illik həbs

Müəllimə 13 yaşlı şagirdi ilə... - 30 illik həbs
22:53 3 Dekabr 2016
2587 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Hyuston şəhərində 13 yaşlı şagirdi ilə uzunmüddətli cinsi yaxınlıq edən orta məktəb müəlliməsi günahını etiraf edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda CBS News telekanalı bildirib.

Şagirdindən hamilə qalan keçmiş müəlliməni 30 il azadlıqdan məhrum etmə cəzası gözləyir.

İyirmi dörd yaşlı Aleksandra Vera orta məktəbdə ingilis dilini tədris edirdi. Onun sözlərinə görə, şagirdi ilə yaxın münasibətləri haqqında məktəblinin ailəsi xəbərdar idi.

Prokurorluğun nümayəndəsi qeyd edib ki, müəllimənin həddi-buluğa çatmamışla münasibətləri təxminən doqquz ay davam edib. Araşdırmanın gedişatında qadın əvvəlcə öz şagirdi ilə romantik münasibətlərini inkar edirdi. O, hətta abortu edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR